Ramil Şeydayev çempionatı dublla başa vurdu

Ramil Şeydayev çempionatı dublla başa vurdu
ÖLKƏ FUTBOLU 27 May 2017 / 21:51 6492
-  A +

Slovakiya Fortuna Liqasında 2016/2017 mövsümünə yekun vurulub.

Qol.az-ın məlumatına görə, sonuncu - 33-cü turda millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Jilina” “Podbrezova”nı qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 61-ci dəqiqədə meydana daxil olub. O, 82 və 89-cu dəqiqələrdə qol vurub.
 
Qeyd edək ki, “Jilina” Slovakiya çempionluğunu bir neçə tur əvvəlcədən təmin edib. Komanda liqanı 73 xalla başa vurub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın