"Yuventus" əla komandadır" - Ronaldo

"Yuventus" əla komandadır" - Ronaldo
GÜNDƏM 27 May 2017 / 19:18 4748
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının finalında "Yuventus"la oyun öncəsi fikirlərini bildirib.

Qol.az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, o, rəqibin əla komanda olduğunu bildirib:

"Onlar təsadüfən Çempionlar Liqasının finalına çıxmayıblar. Bundan başqa, "Yuventus" İtaliya çempionatı və kubokunu qazanıb. Onlar güclü rəqibdir. Anlayırıq ki, belə komandaya qarşı oynamaq çətin olacaq. "Yuventus" rəqibini çox yaxşı təhlil edir. Bu baxımdan onlar "Atletiko"ya oxşayırlar".

Qeyd edək ki, "Yuventus" - "Real" görüşü iyunun 3-ü keçiriləcək.

Daha çox


Son xəbərlər