“Barsa”nın zədəliləri sağaldı

“Barsa”nın zədəliləri sağaldı
XƏBƏR 27 May 2017 / 16:30 2764
-  A +

İspaniya kubokunun finalında “Alaves”lə qarşılaşacaq “Barselona”nın zədəli futbolçuları sıraya dönüb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Xerard Pike, Xavyer Maskerano və Aleks Vidal zədəsini sağaldıb.

Kataloniya klubunun itkiləri də var. Serxi Roberto və Luis Suares cəza, Jeremi Matyu və Rafinya isə zədə səbəbindən final görüşünü buraxacaqlar.

Qeyd edək ki, bu gün “Visente Kalderon” stadionunda keçiriləcək “Barselona” – “Alaves” görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Daha çox


Son xəbərlər