Premyer Liqada mövsümün ən yaxşısı seçildi

Premyer Liqada mövsümün ən yaxşısı seçildi
XƏBƏR 27 May 2017 / 15:36 2834
-  A +

İngiltərə Peşəkar Futbolçular Birliyi Premyer Liqada 2016-17 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında aparılan səsverməyə əsasən  “Tottenhem”in hücumçusu Harri Keyn (16378 səs) birinci olub.

Bu ada Romelu Lukaku (“Everton”), Dele Alli (“Tottenhem”), Aleksis Sançes (“Arsenal”), Nqolo Kante və Eden Azar (hər ikisi “Çelsi”)  da namizəd idi.

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante (13515 səs) 2-ci, Eder Azar isə 3-cü (8412) olub.

Qeyd edək ki, Harri Keyn bu mövsüm 29 qolla Premyer Liqanın bombardiri olub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın