"Qarabağ" beynəlxalq turnirə gedir

"Qarabağ" beynəlxalq turnirə gedir
XƏBƏR 27 May 2017 / 13:30 3161
-  A +

"Qarabağ"ın 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstana yollanacaq.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.

Bu gün başlayan yarış iyunun 2-nə qədər davam edəcək. “Qarabağ” birinci qrupda Gürcüstanın "İveriya", "Olimpik" və "Champion" klubları ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi ilk oyunu bu gün "İveriya"ya qarşı keçirəcək. Oyunlar Tbilisi "Dinamo"su akademiyasının meydançalarında keçiriləcək.

Daha çox


Son xəbərlər