"Neftçi"nin mətbuat xidmətində yeni rəhbər

"Neftçi"nin  mətbuat xidmətində yeni rəhbər
XƏBƏR 27 May 2017 / 13:20 4503
-  A +

"Neftçi"nin mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, bu vəzifəyə Azərbaycanın tanınmış idman jurnalisti və teleşərhçisi Rüstəm Əfsərli təyin olunub. O, iyunun 1-dən yeni işinə başlayacaq.

Qeyd edək ki, R.Əfsərli bundan əvvəl "Simurq" və AZAL klublarında çalışıb. 2015-ci ildən isə  "CBC Sport"da şərhçilər qrupuna rəhbərlik edirdi.

Xatırladaq ki, "Neftçi"nin bundan öncəki mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov idi.

Daha çox


Son xəbərlər