"Çelsi" Konte ilə razılığa gəldi

"Çelsi" Konte ilə razılığa gəldi
XƏBƏR 26 May 2017 / 22:09 3504
-  A +

"Çelsi" baş məşqçisi Antonio Konte ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssislə müqavilənin müddəti 2024-cü ilə qədər uzadılacaq.

London klubunun bununla bağlı Federasiya kubokunun final oyunundan sonra rəsmi açıqlama yayacağı gözlənilir.

A.Kontenin yeni müqavilə ilə ilinə 11 milyon avro qazanacağı iddia edilir.

Qeyd edək ki, A.Konte cari mövsüm "Çelsi" ilə ölkə çempionu olub.

Daha çox


Son xəbərlər