Klublarımızın yay transferləri - Yenilənib

Klublarımızın yay transferləri -  Yenilənib
PREMYER LİQA 2 Sentyabr 2017 / 00:05 156119
-  A +

Topaz Premyer Liqada mübarizə aparan klublarımızın yay  transferləri



“Qarabağ”

Gələn:
Abbas Hüseynov (“İnter”), Anton Kanibolotski ("Şaxtyor"), Yakub Rzejniçak ("Legiya", Polşa), Vild-Donald Gerye ("Alanyaspor", Türkiyə), Ramil Şeydayev ("Trabzonspor" - icarə), Perdo Enrike (PAOK, icarə), Tarik El Yunussi ("Olimpioakos", icarə)

Gedənlər: İlyas Səfərzadə (“Kəpəz”), Azər Salahlı ("Sumqayıt"), Vüqar Mustafayev ("Zirə"), Boyan Şaranov, Vüqar Nadirov, İlqar Qurbanov ("Qəbələ"), Emil Balayev ("Səbail"), Muarem Muarem

Müqavilə müddətini artıranlar: Əfran İsmayılov, Qara Qarayev, Ansi Aqolli, Miçel Madera
 

“Qəbələ”

Gələnlər:
Yusif Nəbiyev (“Sumqayıt”: icarədən qayıdıb), İlqar Qurbanov ("Qarabağ"), Aqil Məmmədov, Elvin Məmmədov, Xavyer Ernandes Qonzales, Stiven Jozef-Monroz, Dion Maloneni, Endryu Uilyam Hallidey ("Reyncers" - icarə), Famoussa Kone ("Göztəpə" - icarə), Deyv Bultuis ("Nürnberq", Almaniya), Alen Askerov

Gedənlər: Rəşad Eyubov ("Sumqayıt"), Nika Kvekveskiri ("Tobol", Qazaxıstan), Daniel Subotiç, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov, Rəşad Sadiqov ("Zirə"), Rafael Santos, Murad Musayev, Teo Uiks, David Petrzkeviç, Rikardinyo, Ramin Həsənov, Araz Abdullayev ("Anortosis" - icarə), Xavyer Ernandes Qonzales

Müqavilə müddətini artıranlar: Roman Qriqorçuk (baş məşqçi), Dmitri Bezotosnı, Elvin Camalov, Vitali Vernidub, Cavid Hüseynov, Asif Məmmədov, Rasim Ramaldanov
 


“İnter”


Gedənlər:
Abbas Hüseynov (“Qarabağ”), Səlahət Ağayev (“Neftçi”), Zurab Xizanişvili (karyerasını bitirib), Rauf Əliyev ("Kukesi", Albaniya)

Müqavilə müddətini artıranlar: Nizami Hacıyev, Tərlan Quliyev, Samir Zərgərov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Elnur Abdullayev, Mirsahib Abbasov, İlkin Qırtımov, Denis Silva, Fuad Bayramov,  Məmməd Quliyev, Orxan Sadıqlı, Adrian Skarlatake

UEFA tərəfindən “İnter”ə transfer qadağası qoyulduğundan, klub yay transfer pəncərəsində yeni futbolçu ala bilməz.
 


“Zirə”

Gələnlər:
Nicat Qurbanov ("Kəpəz"), Vüqar Mustafayev ("Qarabağ"), Rəşad Sadiqov, ("Qəbələ"), Orxan Əliyev, David Manqa, Kervens Belfort ("Surinska"), Josep Boum, Qabriel Mateyi ("Qurnik, Polşa), Yusif Nəbiyev, ("Qəbələ" - icarə), Sadio Tounkara

Gedənlər: Migel Lorenzo (“Vitoriya”, Portuqaliya: icarə müddəti başa çatıb), Tural Cəlilov ("Kəpəz"), Nurlan Novruzov ("Bakı": icarə müddəti başa çatıb), Yamin Ağakərimzadə ("Səbail"), Elvin Məmmədov,  Mamadu Sanqar, Cavid Tağıyev, Rəşad Sadiqov

Müqavilə müddətini artıranlar: Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Təmkin Xəlilzadə, Viktor İbekoyi, Yovan Krneta, Aleksandr Şemonayev, Milan Duriç, Riçard Qadze

 
“Kəpəz”

Gələnlər:
İlyas Səfərzadə (“Qarabağ”), Kamran Abdullazadə (“Sumqayıt”), İlkin Sadıqov (“Turan Tovuz”), Tural Cəlilov ("Zirə"), Azər Məmmədov ("Turan Tovuz"), Ruzi Qiyaslı ("Neftçi"), Aydın Qasımov və Sergey Çernışev

Gedənlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Sumqayıt”), Nicat Qurbanov ("Zirə"), Dario Federiko, Tural Qürbətov, Eyyub Əliyev, Tural Nərimanov, Orxan Əliyev, Tadas Simaitis, Julien Ebah, Serjio Kosta, Renan da Silva

Müqavilə müddətini artıranlar: Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Ceyhun Cavadov, Tural Rzayev
 

“Sumqayıt”

Gələnlər
: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Kəpəz”), Cavid İmamverdiyev (“Neftçi”), Kamal Mirzəyev (AZAL), Rəşad Eyyubov ("Qəbələ"), Azər Salahlı ("Qarabağ"), Cavid Tağıyev ("Zirə"), Ramin Həsənov ("Qəbələ" - icarə), Süleyman Süleymanov ("Qəbələ")

Gedənlər: Mirabdulla Abbasov (“Neftçi”: icarə müddəti başa çatıb), Kamran Abdullazadə ("Kəpəz"), Yusif Nəbiyev (“Qəbələ”: icarə müddəti başa çatıb), Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev, Seymur Əsədov

Müqavilə müddətini artıranlar: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə
 

“Neftçi”

Gələnlər:
Mirabdulla Abbasov (“Sumqayıt”: icarədən qayıdıb), Səlahət Ağayev (“İnter”), Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli, Elnur Cəfərov, Mateo Mujek, Derlis Meza Kolli

Gedənlər: Cavid İmamverdiyev (“Sumqayıt”), Mahir Şükürov (karyerasını bitirib), Kamal Qurbanov, Murad Ağayev (hər ikisi "Səbail"), Jairo Rodriges, Maksim Vaylo, Eltun Yaqublu, Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hər üçü "Səbail" - icarə), Zdenek Folpext, Elvin Bədəlov, Georgi Navalovksi, Edson Kastilyo ("Mineros Quayana” - icarə) Elxan Abdullayev (baş məşqçi)

Müqavilə müddətini artıranlar: Elxan Abdullayev (baş məşqçi), Tərzin Cahangirov, Elvin Bədəlov
 

"Səbail"

Gələnlər:
Samir Əliyev (baş məşqçi), Kamal Qurbanov, Murad Ağayev (hər ikisi "Neftçi"), Yamin Ağakərimzadə ("Zirə"), Emin Mehdiyev ("Zaqatala"), Aqşin Muxtarlı ("Turan Tovuz"), Raul Yaqubzadə, Vüqar Nadirov, Emin Cəfərquliyev (AZAL), Nurlan Novruzov ("Zirə"), Maudo Lamine Jarjue ("Gil Visente")

Gedənlər: Elman Sultanov (baş məşqçi), Rəşad Əzizli ("Neftçi")

Müqavilə müddətini artıranlar: Təyyar Məmmədov, Eltun Yaqublu, Emil Balayev, Orxan Qurbanlı

Qeyd edək ki, iyunun 9-da açılan yay transfer pəncərəsi sentyabrın 1-də bağlanıb.

Daha çox


Son xəbərlər