Alleqri "Yuventus"da qalmaq istəyir

Alleqri "Yuventus"da qalmaq istəyir
XƏBƏR 26 May 2017 / 15:41 2530
-  A +

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandadan ayrılmağı düşünmür.

Qol.az-ın məlumatına görə, italiyalı mütəxəssis bu barədə yerli mətbuata açıqlama verib. O, Turin klubu ilə yeni müqavilə imzalamaq istədiyini deyib:

“Mən “Yuventus”da qalmaq istəyirəm. Sadəcə, klub rəhbərliyi ilə oturub, danışmaq lazımdır. Klubdakı taleyim Çempionlar Liqasının final oyunundan asılı deyil. Öz işimi sevirəm. Komandamız yaxşı səviyyəyə gəlib”.

Qeyd edək ki, M.Alleqrinin "Yuventus"la hazırkı müqaviləsi 2018-ci ildə baş çatır.

Daha çox


Son xəbərlər