"Azərbaycanla oyunun favoritiyik" - Lafferti

"Azərbaycanla oyunun favoritiyik" -  Lafferti
ÖLKƏ FUTBOLU 25 May 2017 / 17:00 5743
-  A +

Şimali İrlandiya millisinin futbolçusu Kayl Lafferti DÇ-2018-in seçmə mərhələsində yığmamızla keçiriləcək oyun haqda danışıb.

Qol.az-ın "Belfast Telegraph"a istinadən yaydığı xəbərə görə, 30 yaşlı hücumçu Bakıda keçiriləcək oyunda Şimali İrlandiyanın favorit olduğunu deyib:


“Azərbaycana qalib gəlsək, bu, qrupdakı digər rəqiblərimizə mesaj olacaq. Ardıcıl qələbələrimizin davamlı olcağına inanıram. İndi biz favorit qismindəyik. Buna görə də təzyiq altında oynayacağıq. Qələbə qazana bilərik. Nəticədən əlavə yaxşı oyunumuz da var. San-Marino, Azərbaycan, hətta Norveçlə matçda da göstərdik ki, qələbə qazanmaq üçün hər cür imkanımız və xarakterimiz var”.

“Norviç”dən ayrıldıqdan sonra klubsuz olan futbolçu millimizlə oyunun böyük əhəmiyyət kəsb etdyini vurğulayıb: “Qrupda mərhələsinə uğurlu start verdik. Bunun ardını gətirə bilərik. Növbəti 3 oyun bizim üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanla matç da həmçinin. Qarşıdakı 3 oyunda düşündüyümüz qələbələri əldə edə bilsək, pley-off mərhələsinə yüksələcəyik”.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki