"Sumqayıt"da növbəti müqavilə

"Sumqayıt"da növbəti müqavilə
ÖLKƏ FUTBOLU 25 May 2017 / 15:33 3022
-  A +

"Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi Azər Salahlı ilə 1 illik müqavilə imzalanıb.

Azər Salahlı ötən mövsüm "Sumqayıt"ın heyətində Premyer Liqada 27 qarşılaşmada iştirak edib və 1 qol vurub.

Xatırladaq ki, Tural Axundov, Vüqar Bəybalayev, Cavid İmamverdiyev, Kamal Mirzəyev və Rəşad Eyyubovu heyətinə qatan “Sumqayıt”  Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə ilə müqaviləni yeniləyib.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"