“Mənim üçün Avroliqanı qazanmaq uğur olmaz” demişdi – Mourinyonu ələ saldılar

“Mənim üçün Avroliqanı qazanmaq uğur olmaz” demişdi – Mourinyonu ələ saldılar
GÜNDƏM 25 May 2017 / 15:12 5354
-  A +

Dünən Avropa Liqasının finalında “Ayaks” üzərindəki qələbədən (2:0) sonra “Manşester Yunayted”in baş məşqçisi Joze Mourinyo yenidən medianın diqqət mərkəzinə düşüb.

Qol.az-ın xəbərinə görə, bəzi Britaniya qəzetləri portuqaliyalı mütəxəssisin hələ “Çelsi”ni çalışdırarkən söylədiyi bu fikri yada salıb.

“Avropa Liqasının qazanmaq mənim üçün uğur olmaz. Oyunçularımın Avroliqaya köklənmələrini istəmərəm. Mənim üçün Çempionlar Liqasından sonra ən önəmli yarış İngiltərə Premyer Liqasıdır”.

Bu açıqlamasından 4 il sonra Mourinyo istəmədiyi kuboku qazanıb və bu zaman böyük bir sevinc yaşayıb. Sosial mediada Mourinyonun bu fikrini yada salanlar çox olub və onu ələ salmağa başlayıblar.

Onun ünvanına “Bu yarışı bəyənmirsənsə, Çempionlar Liqasının udaydın”, “Mourinyo Avroliqanın sayəsində yeni mövsüm ÇL-də oynayacaq” kimi fikirlər səsləndirilib.

Daha çox


Son xəbərlər