Qurban Berdıyev “Rubin”ə qayıdır

Qurban Berdıyev “Rubin”ə qayıdır
XƏBƏR 25 May 2017 / 14:43 2859
-  A +

“Rostov”un vitse-prezidenti və məşqçisi Qurban Berdıyev “Rubin”ə qayıdır.

Qol.az-ın xəbərinə görə, bu haqda Rusiyanın “Sport-ekpress” qəzetə məlumat yayıb. 63 yaşlı mütəxəssisin Kazan klubuna baş məşqçi vəzifəsinə təyinatının bu həftənin şənbə günü açıqlanacağı gözlənilir.

Qeyd edilib ki, ispan məşqşi Havyer Qrasiya ilə müqavilə isə ləğv olunacaq. Qəzet yazıb ki, Berdıyevin “Rostov”u tərk etməsi maliyyə problemi ilə əlaqədar ola bilər.

Xatırladaq ki, Berdıyev 2001-2013-cü illərdə də “Rubin”də çalışıb. Onun rəhbərliyi altında Kazan klubu 2 dəfə Rusiya çempionu, 2 dəfə superkubokun, 1 dəfə isə kubokun qalibi olub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı