"Çox darıxdırıcı final oldu" - "Ayaks"ın baş məşqçisi

"Çox darıxdırıcı final oldu" - "Ayaks"ın baş məşqçisi
GÜNDƏM 25 May 2017 / 10:31 3294
-  A +

"Futbolçularım finalda oynamağa öyrəşməyiblər. Onlar bu matçdan çox şey öyrənəcəklər. Komandanı heyəti dəyişməsə, növbəti mövsüm daha güclü olacağıq".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Ayaks"ın baş məşqçisi Peter Bosz Avropa Liqasının finalında "Mançester Yunayted"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Çox darıxdırıcı final oldu. İki komanda da qol epizodları yarada bilmirdi. "Mançester Yunayted" sadəcə uzun toplarla oynadı, çox risk etmədi".

O, "Mançester Yunayted"in zəfəri yaxşı futbol oynamayaraq qazandığını bildirib: "Rəqibə təzyiq göstərə bilərdik.  Bu mövsüm azarkeşlərimizin bizdən razı qaldığını düşünürəm. Növbəti mövsüm daha yaxşı olacaq".

Daha çox


Son xəbərlər