"Futbol vecimə deyil, istirahət vaxtıdır" - Mourinyo

"Futbol vecimə deyil, istirahət vaxtıdır" - Mourinyo
GÜNDƏM 25 May 2017 / 10:11 4930
-  A +

"Rahat qələbə qazandıq. Yaxşı və ağıllı oynadıq. Qələbəyə layiq idi. Artıq istirahət edəcəm".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında "Ayaks"a 2:0 hesabı ilə qalib gələrək kuboku qazandıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Çempionlar Liqasında iştirak etmək əsas hədəfimiz idi, biz də Premyer Liqada 3 və ya 4-cü yerləri tutmaqdansa, bu yolla hədəfimizə çatmağı seçdik. Bunu bacardıq və üstəlik vacib bir titul da qazandıq” - deyə o bildirib.

Portuqaliyalı mütəxəssis məşqçi kimi ən çətin mövsümünü keçirdiyini söyləyib: "Çətin mövsümü yaxşı sonlandırdıq. Çempionlar Liqasına geri dönürük. Bir mövsüm də üç kubok aldığımız üçün xoşbəxtəm".

O, komandanın transfer planları haqda da danışıb: "2 ay əvvəldən transfer siyahımı klub rəhbərliyinə təqdi etmişəm. Qrizmannın transferi barədə isə danışmaq istəmirəm. Çünki "Atletiko"ya hörmətsizlik olar. Hazırda futbol vecimə deyil, istirahət vaxtıdır".

Daha çox


Son xəbərlər