19 yaşlı futbolçuya 37 illik cəza

XƏBƏR 24 May 2017 / 19:25 4092
-  A +

İsveçrədə 19 yaşlı futbolçu barəsində ən sərt cəza tətbiq edilib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,   buna səbəb onun hakimləri və rəqib futbolçuları oyuncaq silahla  qorxutması olub.
 
III liqada “Sent-Sulpis” – “Bursins Roll Perro” matçı zamanı birincilərin oyunçusu rəqibə futbolçua kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılıb. Adı açıqlanmayan 19 yaşlı oyunçu kənara gedərək, əlində silahla meydana daxil olub və hakim və futbolçuuları qorxudub. Bu hadisəni baş hakim qarşılaşmanın protokoluna qeyd edib.

Hadisəni araşdıran federasiya futbolçunun lisenziyasını əlindən alıb və onu 37 il müddətinə futboldan uzaqlaşdırıb. İsveçrə futbol tarixinin ən ağır cəzasına məruz qalan oyunçu ən yaxşı halda 56 yaşından sonra futbolla məşğul ola biləcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı