Elvin Məmmədov “Qəbələ”yə keçə bilər

Elvin Məmmədov “Qəbələ”yə keçə bilər
ÖLKƏ FUTBOLU 24 May 2017 / 15:15 3804
-  A +

“Zirə”nin kapitanı Elvin Məmmədov komandadan ayrılıb.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu məlumat verib. O, müqaviləsi başa çatan 29 yaşlı yarımmüdafiəçinin yeni sözləşmə imzalamadığını bildirib.

Millimizin üzvü karyerasını “Qəbələ”də davam etdirə bilər. Bunu Qol.az-a açıqlamasında klubun meneceri Səbuhi Səfiyarlı deyib.

Onun sözlərinə görə, Məmmədovla danışıqlar gedir. Lakin hələlik razılaşma əldə olunmayıb.

Qeyd edək ki, E. Məmmədov ötən ilin yayında “Qarabağ”dan “Zirə”yə keçmişdi.

Daha çox


Son xəbərlər