Arda haqda növbəti iddia

Arda haqda növbəti iddia
XƏBƏR 24 May 2017 / 12:40 5112
-  A +

"Barselona"nın futbolçusu Arda Turan Kataloniya klubundan ayrılmağa hazırlaşır.

Qol.az-ın "El Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçinin "Nou Kamp"dakı əşyalarını yığdığı və başqa kluba transfer olunmağı planlaşdırdığı bildirilib.

Qəzet iddia edib ki, Ardanı "Barsa"ya gətirən baş məşqçi Luis Enrikenin klubdan ayrılmağı onun komandadakı gələcəyinə mənfi təsir göstərib. Enrikenin gedişi ilə klubda onu dəstəkləyəcək heç kimin qalmayacağı bildirilib.

Qeyd edək ki, A.Turan 2015-ci ildə "Atletiko"dan "Barselona"ya transfer olunub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord