“Qəbələ”nin oyunçusu Qazaxıstan klubuna keçə bilər

“Qəbələ”nin oyunçusu Qazaxıstan klubuna keçə bilər
GÜNDƏM 24 May 2017 / 12:35 3542
-  A +

“Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskiri karyerasını Qazaxıstanda davam etdirəcək.

Qol.az-ın xəbərinə görə, bu haqda sports.kz saytı məlumat yayıb. İddia edilib ki, 25 yaşlı gürcüstanlı futbolçu yaxın günlərdə Qazaxıstana gedərək “Tobol” klubu ilə müqavilə bağlayacaq.

Kvekveskirini “Tobol”a bu komandanın baş məşqçisi Omari Tetradze dəvət edib.

Qeyd edək ki, Nika Kvekveskirinin “Qəbələ” ilə müqaviləsi başa çatdığından hazırda azad agentdir. Əldə etdiyimiz məlumata görə, klub gürcü futbolçu ilə yeni müqavilə bağlamaq üçün ona təklif göndərib və cavab gözləyir.

Daha çox


Son xəbərlər