"Mançester Yunayted" Avroliqanın qalibidir!

"Mançester Yunayted" Avroliqanın qalibidir!
DÜNYA FUTBOLU 25 May 2017 / 00:38 15453
-  A +

Avroliqada 2016/2017 mövsümünə yekun vurulub.

Qol.az-ın məlumatına görə, bu gün qitənin ikinci dərəcəli klub turnirində final görüşü keçirilib.

Stokholmdakı həlledici qarşılaşmada “Ayaks” və “Mançester Yunayted” üz-üzə gəlib. Görüş Joze Mourinyonun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, tarixi ərzində ilk dəfə Avroliqada final həyəcanı yaşaya “qırmızı şeytanlar” kubokun sahibi olub. 

Qeyd edək ki, "Mançester Yunayted" bu çempionluq sayəsində növbəti mövsüm ÇL-də oynamaq hüququ qazanıb. “Ayaks” isə uduzsa da, Hollandiya çempionatının gümüş mükafatçısı kimi ÇL-ə qatılacaq.


Avroliqa

FİNAL

24 may 

“Ayaks” (Hollandiya) - “Mançester Yunayted” (İngiltərə) - 0:2 
Qollar:
Poqba, 18, Mxitaryan, 48
Baş hakim: Damir Skomina (Sloveniya)
Stokholm. “Friends Arena”

Son xəbərlər