Qvardiolanın ailəsi ölümdən döndü - terrordan qurtuldular

Qvardiolanın ailəsi ölümdən döndü -  terrordan qurtuldular
XƏBƏR 24 May 2017 / 01:25 4303
-  A +

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın ailəsi ölümdən dönüb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, dünən “Mançester Arena”da Ariana Qrandenin konsertindən sonra terror aktı baş verib ki, Qvardiolanın həyat yoldaşı Kristina Serra, qızları Marina və Valentina da konsert iştirakçıları arasında olublar.

Xoşbəxtlikdən ispan mütəxəssisin ailə üzvləri hadisədən xəsarət almadan qurtulublar.

Hadisə ilə bağlı tvitterdə Qvardiola bunları yazıb:

“Şokdayam. Dünən gecə baş verənlərə inana bilmirəm. Dünyasını dəyişənlərin ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Mən Mançesteri sevirəm”.

Qeyd edək ki, “Mançester Arena”nın foyesində baş vermiş terror zamanı 22 nəfər dünyasını dəyişib, 95 nəfər yaralanıb.

Daha çox


Son xəbərlər