Danilo “Real”ı “İnter”ə dəyişir

Danilo “Real”ı “İnter”ə dəyişir
XƏBƏR 24 May 2017 / 01:39 3585
-  A +

“Real”ın müdafiəçisi Danilo karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, sağ cinah oyunçusu “İnter”ə transfer olunur.

2 il qabaq “Real” “Barselona” ilə mübarizədən qalib ayrılaraq Danilonu “Portu”dan heyətinə qatmışdı. Lakin o, “Kral klubu”nun əsas heyət üzvünə çevrilə bilmədi.

Son zamanlar xeyli tənqidə məruz qalan braziliyalı müdafiəçi bu səbəbdən də klubunu dəyişmək qərarına gəlib.

Qeyd edək ki, Danilonun xidmətində “İnter”lə yanaşı, “Arsenal” da maraqlıdır.

Daha çox


Son xəbərlər