"Real" 16 yaşlı hücumçunun transferini açıqladı

"Real" 16 yaşlı hücumçunun transferini açıqladı
XƏBƏR 23 May 2017 / 21:00 5434
-  A +

“Real” Braziliyanın “Flamenqo” klubunun futbolçusu Vinisius Juniorun transferini rəsmən açıqlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Madrid klub 2018-ci ilin iyul ayında 16 yaşlı hücumçu ilə müqavilə imzalayacaq. Ancaq gənc futbolçu 2019-cu ilə qədər icarə əsasında “Flamenqo”da çıxış edəcək.

İki klub arasındakı razılığa əsasən “Real” bu müddət
ərzində futbolçunu komandaya cəlb etmək hüququna sahib olacaq.

Juniorun transfer qiyməti açıqlanmasa da, İspaniya mətbuatı onun keçidi üçün “Real”ın 45 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, gən hücumçu Braziliyada "Yeni Neymar" adlandırılır.

Daha çox


Son xəbərlər