Qurbanov və Qriqorçuk reytinqdə irəlilədilər

Qurbanov və Qriqorçuk reytinqdə irəlilədilər
XƏBƏR 23 May 2017 / 17:30 2847
-  A +

Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın məlumatına görə, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan da iki məşqçi - “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adı yer alıb.

Ötən cədvəldə 456-cı pillədə olan Qurban Qurbanov 1 pillə irəliləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 455-ci yerdə qərarlaşıb.
 
Qriqorçuk isə 2 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 648-cidir.

Qeyd edək ki, sözügedən siyahının 1-ci pilləsində “Real”ın (İspaniya) baş məşqçisi Zinəddin Zidan yer alır.  Luis Enrike (“Barselona”, İspaniya) 2-ci, Dieqo Simeone (“Atletiko”, İspaniya) isə 3-cüdür. 

Daha çox


Son xəbərlər