"Tour d’Azerbaidjan-2017"dəki təşkilatçılıq yüksək qiymətləndirildi

"Tour d’Azerbaidjan-2017"dəki təşkilatçılıq yüksək qiymətləndirildi
XƏBƏR 23 May 2017 / 17:21 1090
-  A +

Mayın 3-7-də keçirilmiş 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2017" veloturunun yüksək təşkilatçılığı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən yüksək qiymətləndirilib.

Qol.az-ın məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyasına (AzVİF) UCI-dan daxil olmuş məktubda qeyd olunur ki, beynəlxalq federasiyanın şosse velosipedi üzrə yarışlarının komissarları "Tour d’Azerbaidjan-2017"yə olduqca yüksək qiymət veriblər. Bütün mərhələlər zamanı təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olunması da məktubda xüsusi qeyd olunub.

Xatırladaq ki, 5 mərhələdən ibarət "Tour d’Azerbaidjan-2017" veloturunda planetin 18 ölkəsindən 6-sı Pro-Kontinental, 16-sı kontinental olmaqla ümumilikdə 22 komanda iştirak edib. Ümumi təsnifatda yarışın ən yaxşı velosipedçisi adına isə Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov layiq görülüb. Bundan başqa, o "Tour d’Azerbaidjan-2017"nin ən yaxşı dağ velosipedçisi köynəyinə də yiyələnib.

Daha çox


Son xəbərlər