Açıılış və bağlanışa 20 milyon ayrılıb - İslamiada

Açıılış və bağlanışa 20 milyon ayrılıb - İslamiada
XƏBƏR 23 May 2017 / 17:00 2481
-  A +

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında alınan bilet sayı açıqlanıb. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.

O deyib ki, tam hesablama aparıldıqdan sonra dəqiq rəqəm müəyyənləşəcək: "Hələlik təxminən 2,5 -3 milyon manatlıq biletin alındığını söyləyə bilərəm. Oyunları isə 59 ölkədən 360 min tamaşaçı izləyib".

Nazir idmançılara veriləcək mükafat məbləğlərinə də aydınlıq gətirib: "Komandaların hər birinə 100 min, məşqçiyə isə 50 min manat veriləcək. Amma federasiyalar deyib ki, biz hər bir idmançıya özümüz də mükafat verəcəyik. "Bakı 2015" I Avropa Oyunlarında da eyni məbləğdə mükafat vermişdik. Amma o 100 minlə bu 100 min eyni deyil".

Nazir bildirib ki, büdcədə açılış və bağlanışa 20 milyon manat nəzərdə tutulub: "Lakin xərclər tam hesablanmayıb, ona görə bu barədə tam məlumat veriləcək" ("Report").

Daha çox


Son xəbərlər