“Qəbələ”dən İlqarla bağlı xəbərlərə münasibət

“Qəbələ”dən İlqarla bağlı xəbərlərə münasibət
GÜNDƏM 23 May 2017 / 16:49 4638
-  A +

"Qəbələ"nin meneceri Zaur Əzizov "Qarabağ"dan ayrılan İlqar Qurbanovla razılığa gəldikləri barədə  yayılan xəbərlərə münasibət bildirib.

O, Qol.az-a açıqlamasında 31 yaşlı oyunçu ilə heç bir danışıqlarının olmadığını, transferlə bağlı yekun qərarın verilmədiyini deyib.


Qeyd edək ki, 2011-ci ildən “Qarabağ”ın şərəfini qoruyan İ.Qurbanovla Ağdam klubu yeni müqavilə imzalamayıb.

Daha çox


Son xəbərlər