“Tətildən qayıdandan sonra müqavilə bağlanacaq” - "Qəbələ"nin meneceri

“Tətildən qayıdandan sonra müqavilə bağlanacaq” - "Qəbələ"nin meneceri
ÖLKƏ FUTBOLU 23 May 2017 / 16:30 4216
-  A +

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk növbəti mövsümdə də bu komandanı çalışdıracaq.

Bu barədə Qol.az-a açıqlamasında klubun baş meneceri Zaur Əzizov məlumat verib. O, ukraynalı baş məşqçi ilə tətildən qayıtdıqdan sonra yeni rəsmi müqavilə imzalanacağını deyib.

Qeyd edək ki, bu gün bəzi Ukrayna saytları R.Qriqorçukun növbəti dəfə Kiyev “Dinamo”sunu çalışdıra biləcəyini yazıb.

Z.Əzizov isə bu xəbərlərin əsassız olduğunu bildirib. O qeyd edib ki, Qriqorçukla razılığa gəliblər və yaxın vaxtlarda tərəflər müqavilə bağlayacaq.

Daha çox


Son xəbərlər