AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun digər komandaların sükanı arxasına keçmə variantı baş tutmayıb.
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu barədə 46 yaşlı mütəxəssisin özü məlumat verib.
O, təkliflər aldığı klubların adlarını çəkməyib: "Təkliflər var idi, hamısı getdi. Biri I Diviziondan idi, lakin həmin komandanı elitaya buraxmadılar. Digəri isə Premyer Liqa təmsilçisi idi. Alınmadığı üçün ad çəkməyə lüzum görmürəm".
Əhmədov baş məşqçi karyerasını artıq "Şüvəlan"a çevrilən klubda davam etdirib-etdirməyəcəyi barədə qəti fikir açıqlamayıb: "Fəaliyyətimi "Şüvəlan”da davam etdirəcəyimlə bağlı dəqiq bir söz deyə bilmərəm. Normal şəraitdə işləmək istəyirəm. Üç il AZAL-da çalışdım. Son mövsüm çox ağır şərtlərdə işlədik. Təəssüf ki, il ildən pis gəldi. Açığı, I Divizionda işləmək istəmirəm. Orada gedən prosesləri eşitdiyim üçün uyğun görmürəm. İstəmirəm ki, adım ləkələnsin. Qumar oyunlarına görə ağlımdan keçirmirəm. Gələcəyini fikirləşən məşqçi üçün bu, çətin məsələdir. Həmin bataqlığa girmək istəmirəm. Məcbur olub, gözləyəcəyik".
Azərbaycan millisinin sabiq baş məşqçisi ölkə futbolunda vəziyyətin düzələcəyinə ümid etdiyini də əlavə edib: "Siz nə qədər bilirsinizsə, mən də o qədər məlumatlıyam. Hamı deyir yaxşı olacaq, ancaq konkret nə olacaq, necə olacaq, deyən yoxdur".
Qeyd edək ki, AZAL Premyer Liqada ötən mövsümü 10 xalla sonuncu pillədə başa vurub.
"Latsio"da yeni baş məşqçi
"Bakı Sportinq" - "Lerik" oyunundakı 5 qol - Video
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Tanınmış klubun 4 xalı silinir
"Şahdağ Qusar"ın qələbəsi - Video
Futboldan ömürlük uzaqlaşdırıldılar - AFFA-dan sərt qərar
Yassin Benzia 5 il yarımdan sonra milliyə çağırıldı
"Şahdağ Qusar" və "Bakı Sportinq"dən qələbə
"Neftçi" - "Spartak" matçının biletləri satışda
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
Lunyov Rusiya yığmasının düşərgəsinə qoşuldu
"Frayburq"da Ştrayx dövrü başa çatır
Ançelotti Arda Güleri təriflədi
İnfantino Türkiyə Superliqasındakı qalmaqaldan danışdı
"Neftçi" - "Spartak" oyununun saatı açıqlandı
"Turan Tovuz" - "Qarabağ" matçını nə qədər azarkeş izləyib?
Kovaçı Hasenhyüttl əvəzlədi
“Qarabağ”dan 21-ci əsrin rekordu
"Traktor" növbəti qələbə ilə 3-cü pilləyə yüksəldi
Coşqun oynadı, "Ümraniyespor" qələbə qazandı
"Bayer" seriyanı davam etdirdi, yeni rekorda imza atdı
"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı