Avropanın gələcək ulduzları - UEFA açıqladı

Avropanın gələcək ulduzları - UEFA açıqladı
DÜNYA FUTBOLU 23 May 2017 / 14:56 6070
-  A +

UEFA bu yaxınlarda Xorvatiyada başa çatan U-17 komandaları arasındakı Avropa çempionatında öz oyunu ilə diqqət çəkən 10 ən yaxşı futbolçunun adını açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, siyahıya Türkiyənin “Qalatasaray” klubundan Ozan Kabak da düşüb.

Ümumilikdə, gələcəyin ən çox perspektiv vəd edən avropalı yeniyetmə futbolçular aşağıda adları qeyd olunanlardır:

Mateu Morey (sağ cinah müdafiəçisi, İspaniya)

Conatan Panzo (mərkəz müdadiəçisi, İngiltərə)

Ozan Kabak (mərkəz müdafiəçisi, Türkiyə)

Fil Foden (yarımmüdafiəçi, İngiltərə)

Elias Abuxabaka (hücumameylli yarımmüdafiəçi, Almaniya)

Yasin Adli (hücumameylli yarımmüdafiəçi, Fransa)
 
Ceydon Sanço (cinah yarımmüdafiəçisi, İngiltərə)

Abel Ruis (hücumçu, İspaniya)

Amin Quyri (hücumçu, Fransa)

Yann-Fite Arp (hücumçu, Almaniya)


Son xəbərlər