“Barselona"nın sabiq prezidenti həbs olundu

“Barselona"nın sabiq prezidenti həbs olundu
XƏBƏR 23 May 2017 / 13:52 2947
-  A +

"Barselona"nın sabiq prezidenti Sandro Rosell həbs olunub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, çirkli pulların yuyulması ittihamı ilə saxlanılıb.

S.Rosellə birgə daha 4 nəfərin həbs olunduğu bildirilib.

İstintaq zamanı Braziliya milli komandasının oyunlarının canlı yayımlanmasından qanunsuz olaraq, komisyon haqqı aldığı və bu pulların saxta şirkətlər tərəfindən yuyulduğu müəyyənləşib.

Saxlanılan şəxslər arasında Braziliya Futbol Federasiyasının keçmiş prezidenti Rikardo Teyşeyranın da olduğu iddia edilib

Qeyd edək ki, Sandro Rosell 2010 -2014-cü illərdə "Barselona”nın prezidenti olub.


Son xəbərlər