Rəşad Sadiqov daha "Qəbələ"nin oyunçusu deyil

Rəşad Sadiqov daha "Qəbələ"nin oyunçusu deyil
ÖLKƏ FUTBOLU 23 May 2017 / 12:45 5479
-  A +

"Qəbələ" futbolçusu Rəşad Sadiqovla yollarını ayırıb.

Qol.az-ın "Report"a  istinadən yaydığı xəbərə görə, bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

S.Səfiyarlı bildirib ki, 34 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin uzadılmamasına qərar verilib: "Sadiqov komandamızda çıxış etdiyi 2,5 il ərzində çox kömək etdi. Amma artıq bəzi amilləri nəzərə alaraq, onunla anlaşmanı yeniləməmək qərarına gəldik. Ona gələcək karyerasında uğurlar arzulayırıq".

Qeyd edək ki, Rəşad Sadiqov "Qəbələ"də 2014-cü ilin dekabrından çıxış edirdi.

Daha çox


Son xəbərlər