Türkiyə millisinin futbolçusu saxlanıldı

Türkiyə millisinin futbolçusu saxlanıldı
GÜNDƏM 23 May 2017 / 12:27 3582
-  A +

Hüquq-mühafizə orqanları Türkiyə millisinin və “Fənərbaxça”nın futbolçusu Ozan Tufanı saxlayıb.

Qol.az-ın “Hürriyyət”ə istinadən yaydığı məlumata görə, o, qanunsuz yolla bahalı avtomobil daşıyan mütəşəkkil dəstə ilə iş görməkdə şübhəli bilinir.

İstanbul polisi ölkəyə qanunsuz yolla lüks avtomobillər gətirən dəstə ilə bağlı əməliyyat apararaq 100 nəfəri saxlayıb. Onların arasında Ozan Tufanın da olduğu bildirilir.

O.Tufanın sözügedən dəstədən qeyri-qanuni yolla lüks avtomobil ("Maserati") aldığı iddia edilir.

Daha çox


Son xəbərlər