İslamiadanın bağlanış mərasimi keçirildi - Şəkillər

İslamiadanın bağlanış mərasimi keçirildi -  Şəkillər
XƏBƏR 23 May 2017 / 00:01 3417
-  A +

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.

Qol.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassarın mərasimdə iştirak edib.

Mərasimdə İslamiadada iştirak edən ölkələrin keçidi olub, bədii proqram nümayiş etdirilib.

Azərbaycan komandasının bayraqdarı cüdo üzrə Avropa və dünya çempionu Elxan Məmmədov olub.

Qeyd edək ki, “Bakı 2017”də 54 ölkə iştirak edib. Azərbaycan 75 qızıl, 50 gümüş, 37 bürünc mesalla İslamiadanın qalibi olub. Türkiyə isə 71 qızıl, 67 gümüş və 57 bürünc olmaqla, 195 medal qazanıb və kəmiyyətcə birinci yeri tutub. Oyunların açılış mərasimi mayın 12-də elə Bakı Olimpiya Stadionunda təşkil edilib.

Şəkillər "Azərtac"a məxsusdur




































































































Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər