"Bavariya" onları satır

"Bavariya" onları satır
XƏBƏR 22 May 2017 / 18:34 5650
-  A +

"Bavariya" futbolçuları Renato Sançez və Duqlas Kostanı satmaq qərarına gəlib.

Qol.az-ın "Kicker"ə istinadən yaydığı xəbərə görə, buna səbəb futbolçuların gözlənilən səviyyədə çıxış etməməsidir.

Qeyd edək ki, ötən mövsüm "Benfikdan" 35 milyon avroya transfer edilən Renato Sançez çempionatda sadəcə 6 matçda əsas heyətdə meydana çıxıb və qol vura bilməyib. Duqlas Kosta isə 14 oyunda əsas heyətdə meydana daxil olub və 4 dəfə rəqib qapılarına yol tapıb.

Son xəbərlər