IV İslam Həmrəyliyi Oyunları başa çatdı

IV İslam Həmrəyliyi Oyunları başa çatdı
XƏBƏR 22 May 2017 / 16:05 4124
-  A +

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb.

Qol.az-ın məlumatına görə, yarışa bu gün tennisçilərin mübarizəsi ilə yekun vurulub.

Mayın 11-dən 22-nə qədər 56 ölkənin iştirakı ilə keçirilən yarışlarda idmançılar 886 medal qazanıb. Bunların  269-u qızıl, 267-si gümüş, 350-si bürüncdür. 14 ölkənin komandası Bakıdan medalsız gedir.

Azərbaycan millisi bütün rəqiblərini qabaqlayaraq İslamiadanın qalibi olub. İdmançılarımız 75-i qızıl, 67-si gümüş, 57-si bürünc olmaqla ümumilikdə 162 medal qazanıb. Aktivinə 195 medal yazdıran Türkiyə qızıl əyarına görə (71 qızıl) millimizdən geri qalıb. İran isə 99 medalla (39 qızıl) üçüncü olub.

Ölkəmiz qızıl medalın sayına görə İslamiadanın mütləq rekordçusu olub. İndiyədək 75 qızıl medal qazanan olmamışdı.

Qeyd edək ki, bu gün axşam saat 20:00-da Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimi olacaq.

“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında medal sıralaması, Top-10


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı