İslam Oyunlarında 5 qızıl qazanmışdı - Almaniyada 11-ci oldu

İslam Oyunlarında 5 qızıl qazanmışdı - Almaniyada 11-ci oldu
GÜNDƏM 22 May 2017 / 11:20 4695
-  A +

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 5 qızıl medal qazanan Azərbaycan idmançısı Ruslan Lunyov Almaniyada keçirilən dünya kuboku uğrunda yarışda iştirak edir.

Qol.az-ın xəbərinə görə, güllə atıcımız artıq ilk çıxışını başa vurub. O, təsnifat mərhələsində 25 metrdən hədəfə sürətli atəş açmaqda 581 xal qazanıb. Beləlikdə də, Lunyov 60 snayper arasında 11-ci pilləni tutub və final mərhələsində iştiraka imkan verən ilk “altılığ”a düşə bilməyib.

Qeyd edək ki, o,  bu gün 10 metrdən pnevmatik tapança ilə atəş açmaq yarışında da iştirak edəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı