“Pike, axmaq, çempionu təbrik et” - "Real"ın futbolçuları

“Pike, axmaq, çempionu təbrik et” - "Real"ın futbolçuları
GÜNDƏM 22 May 2017 / 10:48 7306
-  A +

La Liqada 2016/2017 mövsümünün qalibi olan “Real”ın futbolçuları çempionluğu Madridin Plasa Sibelas meydanında qeyd ediblər.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, çempionluğu həmişə bu meydanda bayram edən klubun oyunçuları əsas rəqibləri "Barselona" və "Atletiko" əleyhinə şüarlar səsləndiriblər.

Onlar çox zaman “Real” haqda mənfi rəylər bildirən "Barselona”nın futbolçusu Jerard Pikeni də yaddan çıxarmayıblar. “Real”ın futbolçuları xorla “Pike, axmaq, çempionu təbrik et” şüarını səsləndiriblər.

Daha çox


Son xəbərlər