Messi bombardir oldu - son 4 ildə ilk dəfə

Messi bombardir oldu -  son 4 ildə ilk dəfə
DÜNYA FUTBOLU 22 May 2017 / 00:29 6809
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi 2016/17 mövsümündə La Liqanın bombardiri olub.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, argentinalı forvard 34 oyunda 37 qol vurub.

Bombardirlər yarışında ikinci yeri Messinin komanda yoldaşı Luis Suarez tutub. Uruqvaylı futbolçu 35 oyunda 29 dəfə fərqlənib.

Üçüncü yeri isə 29 oyunda 25 qol vuran Kriştianu Ronaldo tutub.

Qeyd edək ki, Messi sonuncu dəfə 2012/13 mövsümündə 46 qol vurmaqla La Liqanın bombardiri olmuşdu.

2013/14 və 2014/15 mövsümlərində Messi Ronaldodan geri qalmışdı. Ötən il isə bombardirlər yarışında o, Suarezə uduzmuşdu.

Son xəbərlər