“Azərbaycan millisi daha yaxşı və səhvsiz oynadı”

“Azərbaycan millisi daha yaxşı və səhvsiz oynadı”
XƏBƏR 22 May 2017 / 00:05 2577
-  A +

"İlk öncə onu qeyd edim ki, yarış çox gözəl təşkil olunub. Əvvəlki yarışlara nisbətən bu dəfə hər şey daha yaxşı idi. Yarışın iştirakçılarına da buraya gəldikləri üçün təşəkkürümü bildirirəm".

Qol.az-ın məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən futbol yarışının final matçından sonra Oman millisinin baş məşqçisi Həmid Əl-Əzəmi deyib.

O bildirib ki, Azərbaycan yığması oyuna çox yaxşı hazırlaşmışdı: "İlk hissədə çoxlu səhvlərimiz oldu. Rəqibimiz isə daha yaxşı və səhvsiz oynadı. İkinci hissədə hücum oyunu oynadıq. Buna baxmayaraq, məğlub olduq. Bu, bizim üçün çox böyük təcrübə oldu".

O, İslamiadada gənc futbolçulara şans verməsinin səbəbini belə izah edib: "Qarşıdan Asiya çempionatı gəlir. Biz ora hazırlaşacağıq. Bunadək biz bu yarışa gənc futbolçularla hazırlaşırdıq. Bu yarışda onlara şans verməyə çalışdıq".

Baş məşqçi hakimlik barədə danışmaq istəməyib: "Artıq oyun bitib. Hakimliyə qiyməti oyunu izləyənlər versin".

Qeyd edək ki, Oman finalda Azərbaycana 1:2 hesabı ilə uduzub (“Report”).

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki