“Real” çempionluğu rəsmiləşdirdi - 5 ildən sonra

“Real” çempionluğu rəsmiləşdirdi - 5 ildən sonra
ÖLKƏ FUTBOLU 21 May 2017 / 23:47 5829
-  A +

İspaniya La Liqasında 2016/17 mövsümünə yekun vurulub.

Qol.az-ın xəbərinə görə, son turda çempionun adına aydınlıq gəlib.

Lider “Real”ı “Malaqa”yla matçda 1 xal da qane edirdi. Lakin madridlilər gözlənildiyi kimi, səfərdəki bu görüşdə qalib gələrək tarixində 33-cü dəfə İspaniya çempionu olub. Əlavə edək ki, “Kral klubu” son olaraq 5 il əvvəl – 2011/12 mövsümündə La Liqada qızıl medal qazanmışdı.

Son turda çempionluq şansı az da olsa qalan “Barselona” isə öz meydanında “Eybar” qalib gəlib. Amma bu, “Real”ı çempionluğunun qarşısını ala bilməyib.

“Malaqa” – “Real” – 0:2
Qollar:
Ronaldo, 2, Benzema, 55

“Barselona” – “Eybar” – 4:2
Qollar:
Takaşi İnui, 7 (0:1), 61 (0:2), David Junka, 63-avtoqol. (1:2), Luis Suares, 73 (2:2), Messi, 75-pen. (3:2), Messi, 90 (4:2)

Reallaşdırılmayan penalti: Messi, 70

Beləliklə, “Real” La Liqanı 93 xalla 1-ci, “Barselona” 90 xalla 2-ci, “Atletiko” 78 xalla 3-cü pillədə tamamlayıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord