“Real” çempion olsa, o klub 1 milyon qazanacaq - iddia

“Real” çempion olsa, o klub 1 milyon qazanacaq - iddia
XƏBƏR 21 May 2017 / 19:54 5671
-  A +

Əgər “Real” bu gün La Liqanın qalibi olsa, La Liqa təmsilçisi “Malaqa” 1 milyon avro qazanacaq.

Qol.az-ın xəbərinə görə, bəzi ispan qəzetləri iddia edib ki, 2013-cü ildə “Malaqa”dan Madrid klubuna transfer olunan İskonun müqaviləsində bununla bağlı bənd salınıb. Sənədə əsasən, “Real” oyunuçun keçidindən sonrakı 5 mövsümdə  3 çempionluq qazanarsa, o zaman İskonun sabiq komandasına 1 milyon avro ödəməlidir.

Maraqlıdır ki, bu gün La Liqanın son turunda “Real” “Malaqa”nın qonağı olacaq. Çempion olmaq üçün Zinəddin Zidanın komandasını 1 xal da qane edir.

"Real" tərəfi isə bu iddiaları rədd edib. Madrid klubuna yaxın olan jurnalistlər bu məlumatın "Barselona"ya yaxın olan media tərəfindən "Real"ı gözdən salmaq üçün bilərəkdən ortaya atıldığını bildiriblər.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın