Ruslar avrokuboklara kimlərlə gedir? – Siyahı

Ruslar avrokuboklara kimlərlə gedir? – Siyahı
ÖLKƏ FUTBOLU 21 May 2017 / 19:05 5524
-  A +

Rusiyanı 2017/18 mövsümü avrokuboklarda təmsil edəcək bütün komandalar müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, Premyer Liqanın bu gün keçirilən sonuncu – 30-cu turundan sonra qitəmiqyaslı yarışlarda yarışacaq komandaların hamısının adı dəqiqləşib. SSKA Moskvada “Anji”yə 4:0 hesabı ilə qalib gələrək ikinci yeri təmin edib və ÇL-də oynamaq hüququ qazanıb. Hərbçilərin ən yaxın izləyicisi olan “Zenit” isə “Lokomotiv”i səfərdə 2:0 hesabı ilə məğlub edib və yarışı üçüncü pillədə tamamlayıb.

Beləliklə, yeni mövsümdə aşağıda adları qeyd olunan komandalar Rusiyanı avrokuboklarda təmsil etmək hüququ qazanıb:

“Spartak” (1-ci yer) – Çempionlar Liqasının qrup mərhələsi

SSKA (2-ci yer) - Çempionlar Liqasının pley-off mərhələsi

“Lokomotiv” (kubokun qalibi) – Avropa Liqasının qrup mərhələsi

“Zenit” (3-cü yer) – Avropa Liqasının 4-cü mərhələsi

“Krasnodar” (4-cü yer) – Avropa Liqasının 3-cü mərhələsi

Aşağıda adları qeyd olunan 2 klub isə Premyer Liqanı tərk edib:

“Krılya Sovetov” və “Tom”

Aşağıda adları qeyd olunan 2 klub Premyer Liqada qalmaq üçün birinci liqa təmsilçisi ilə pley-off matçı oynayacaq

“Orenburq” və “Arsenal Tula”

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord