Sabiq "Qarabağ"lı Türkiyədə bombardirlər siyahısında

Sabiq "Qarabağ"lı Türkiyədə bombardirlər siyahısında
XƏBƏR 21 May 2017 / 17:22 7439
-  A +

Türkiyə I liqasında 2016/17 mövsümünə yekun vurulub.

Qol.az-ın xəbərinə görə, “Qarabağ”ın sabiq futbolçusu Raydel Puponun çıxış etdiyi "Boluspor" klubu son turda "Manisaspor"a 4:0 hesabı ilə qalib gəlib. Qolların hamısını Pupon vurub.

Bununla da hollandiyalı hücumçu I liqada 20 qol vurmaqla mövsümü bombardirlər sırasında başa vurub.

Pupon yalnız “Adana Dəmirspor”un hücumçusu Mikael Pote (24 qol) və "Göztəpə"nin forvardı Adis Yahoviçdən (21 qol) geri qalıb.

Qeyd edək ki, 2015/16 mövsümünün ilk yarısını “Qarabağ”da keçirən 29 yaşlı forvard 15 oyuna 1 qol vurub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı