"Meydana qələbə üçün çıxacağıq" - Zidan

"Meydana qələbə üçün çıxacağıq" - Zidan
GÜNDƏM 20 May 2017 / 17:58 4798
-  A +

"Bu oyuna hazırıq. İstədiyimiz kimi çalışmışıq. Qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Heç-heçə haqda düşünmürük. Meydana qələbə üçün çıxacağıq".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqanın sonuncu turunda "Malaqa" ilə oyun öncəsi deyib.

Madrid klubu sabah keçiriləcək sözügedən qarşılaşmada heç-heçə etsə belə ölkə çempionu olacaq.

Z.Zidan bildirib ki, La Liqanın qalibi olmaq çətindir: "Çox ciddi hazırlaşaraq liqada 38-ci oyunumuza çıxacağıq. Bu, heç asan deyil. Çempion olmaq istədiyimizi hər oyunda göstərməliyik. Biz də hər matçda çalışdıq. "Sevilya" və "Selta" ilə görüşlərdə çətinlik çəkdik. Buna baxmayaraq, hədəfimizə yaxınlaşdıq".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı