Erməni türkə uduzdu, şüşəni sındırdı – qalmaqal

Erməni türkə uduzdu, şüşəni sındırdı – qalmaqal
ÖLKƏ FUTBOLU 20 May 2017 / 15:24 6392
-  A +

Tbilisidə keçirilən uşu üzrə Avropa çempionatında maraqlı hadisə yaşanıb.

Qol.az “Azərtac”a istinadən xəbər verir ki, erməni idmançı türkiyəli döyüşçü Aysel Almaçıya məğlub olduqdan sonra qalmaqal yaradıb. Məğlubiyyətlə barışmayan erməni qadın idman sarayının qapılarının şüşələrini sındırıb. Bu da idman sarayının rəhbərliyinin kəskin etirazına səbəb olub. Erməni məşqçi idmançının bu hərəkətinə görə üzr istəyib və öz yetirməsini təhqir edərək hadisə yerindən uzaqlaşdırıb.

Aysel Almaçı jurnalistlərə müsahibəsində deyib: “Ermənistandan olan rəqibimlə görüşdən əvvəl çox həyəcanlı idim. Tatamiyə çıxanda türk və azərbaycanlı qardaşlarımın qələbəyə səsləyən çağırışlarını eşitdim. Bu, məni daha da ruhlandırdı və mən döyüşdə dönüş yaratmağa nail oldum. Rəqibim fiziki cəhətdən güclü olsa da, mən qalib gəlməyi bacardım. Mənə göstərdikləri dəstəyə görə bütün azarkeşlərimə minnətdaram”.

A.Almaçı erməni atletin bu davranışını utandırıcı, idmançıya yaraşmayan, heç bir etikaya sığmayan hərəkət adlandırıb.

Erməni idmançının qeyri-etik davranışı Belarus, Rusiya, Ukrayna və digər ölkələrin təmsilçilərinin də narazılığına səbəb olub. Onlar idmançıdan üzr istəməsini tələb ediblər.



Aysel Almaçı jurnalistlərə müsahibəsi verir


Daha çox


Son xəbərlər