Videotəkrara baxdı, “qırmızı” göstərdi – dünya çempionatında

Videotəkrara baxdı, “qırmızı” göstərdi – dünya çempionatında
VİDEO 20 May 2017 / 14:25 4101
-  A +

Koreyada keçirilən gənclər arasında keçirilən dünya çempionatının 1-ci turunda hakim videotəkrarın köməkliyindən istifadə edib.

Qol.az-ın xəbərinə görə, Argentina və İngiltərə komandaları arasındakı oyunda (0:3) Birləşmiş Ərəb Əmirliklərindən olan referi Məhəmməd Abdulla Həssən videotəkrara baxdıqdan sonra futbolçuya qırmızı vərəqə göstərib.

Argentinalı hücumçu Lautaro Martines rəqibə dirsəyi ilə zərbə endirib. Bu epizod hakimin gözündən qaçsa da, referi köməkçisinin yardımı ilə videotəkrara baxılıb. Bu zaman hakim Martinesin qayda pozutusuna yol verdiyi qənaətinə gəlib və onu meydandan qovub.

Həmin epizodun videosu




Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı