Türkiyə futbolunda növbəti biabırçılıq

Türkiyə futbolunda növbəti biabırçılıq
DÜNYA FUTBOLU 14 Mart 2010 / 18:48 3230
-  A +

Türkiyə superliqasında «Diyarbəkirspor» klubunun iştirakı ilə bu gün keçirilən növbəti oyunda da qalmaqal yaşanıb. Qol.Az-ın məlumatına görə, «İstanbul Böyükşəhər Bələdiyyəsispor» klubu ilə rəqib meydanında keçirilən oyunun 87-ci dəqiqəsində meydanda ilginc olaylar baş verib. Meydan sahibləri qol vurduqdan sonra «Diyarbəkirspor»un azarkeşləri meydana axışaraq rəqib futbolçuları qovalamağa başlayıblar. Azarkeşlərin fikrincə, qoldan öncə «Diyarbəkirspor»un qapısına sərbəst zərbə təyin edilərkən qayda pozuntusuna yol verilməyib. Azarkeşlərin meydana daxil olduğunu görən meydan sahibinin futbolçuları soyunub-geyinmə otağına qaçmaq məcburiyyətində qalıblar. Hakim Hüsnü Göçək isə oyunu yaramçıq dayandırmalı olub.
Xatırladaq ki, ötən həftə «Diyarbəkirspor»un «Bursaspor»a qarşı öz meydanında keçirdiyi oyun da yarımçıq dayandırılmışdı. Buna yerli azarkeşlərin rəqib futbolçulara və hakimlərə kənar əşyalar atması səbəb olmuşdu.


Son xəbərlər