Adams Vengeri, Venger də Adamsı məşqçi saymır

Adams Vengeri, Venger də Adamsı məşqçi saymır
DÜNYA FUTBOLU 20 May 2017 / 12:22 3153
-  A +

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda İspaniyanın “Qranada” klubunu çalışdıran Toni Adams sabiq komandası “Arsenal”ın baş məşqçisi Arsen Vengeri tənqid edib.

Qol.az-ın xəbərinə görə, o, bu yaxınlarda işıq üzü görən avtobioqrafik kitabında yazıb ki, “Venger mahiyyətcə heç məşqçi deyil”. Əlavə edib ki, fransalı mütəxəsssis onu London klubunun məşqçilər heyətində yer almasına imkan verməyib.

“Sky Sport”un xəbərinə görə, Arsen Vengerin Toni Adamsa cavabı gecikməyib. O deyib: “Mən Toninin fikirlərinə əhəmiyyət vermirəm. O, “Qranada”da özünü hansı tərəfdən lazımdırsa, göstərir. Nə fərqi var. Onun sözləri üzücüdür. Başa düşün, müasir futbolda klubda ona kömək etməyi bacaran insanlar çalışmalıdır. Bəzər sərt qərarlar qəbul etmək məcburiyyətində qalırsan. Əgər kimsə klubda futbolçu kimi uğurlu karyera qurubsa, bu hələ o demək deyil ki, sənə sonradan da orada işləmək kimi müqəddəs hüquqlar verilib”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord