"Qəbələ" "Milan"a uduzdu

"Qəbələ" "Milan"a uduzdu
XƏBƏR 20 May 2017 / 00:15 2839
-  A +

İtaliyanın Rimini şəhərində keçirilən Flavio Perottinin xatirəsinə həsr olunan turnirə start verilib.

Qol.az-ın xəbərinə görə, “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası yarışın ilk günündə iki qarşılaşmaya çıxıb.

Ülfət Mədətovun komandası I mərhələnin A qrupunda keçirdiyi görüşlərdə İtaliya təmsilçiləri ilə qarşılaşıb. “Qəbələ” ilk oyununda “Milan”la görüşüb. “Qırmızı-qaralar” bu matçda 0:3 hesabı ilə məğlub olub. İkinci görüşdə komanda “Spal 2013” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib.

Beləliklə, “qırmızı-qaralar” ilk iki turda 1 xal toplayıb. Qrup mərhələsinin son oyunları sabah keçiriləcək. “Qəbələ” “Kapilan Pallo” ilə üz-üzə gələcək.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın